Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında gümüş medal qazanıb.
Oxu.Az Report-a istinadən məlumat verir ki, 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala yüksəlib.
Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşüb. O, 0:1 hesabı ilə uduzaraq Azərbaycana Universiadada üçüncü medalı qazandırıb. Daha əvvəl cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12) mübarizəni dayandırıb.
13:56
Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib.
Azərbaycan Taekvando Federasiyasından Oxu.Az-a verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.
Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.
Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla döyüşəcək.
Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.