Bu gün “Qalatasaray” UEFA Çempionlar Liqasında Moskvada “Lokomotiv”lə qarşılaşacaq.
Oxu.Az-ın xəbərinə görə, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Rusiyada işləyən azərbaycanlı jurnalist, “Matç TV”nin şərhçisi Elvin Kərimova forma bağışlayıb.
Belə ki, oyundan öncə keçirilən mətbuat konfransında Elvin Kərimov rus dilində iki sual verib. Həmin vaxt rus dilindən türkcəyə tərcüməçilik edən şəxs Kərimovun Rusiyada “Qalatasaray”ın ən çılğın azarkeşi olduğunu bildirib.
Fatih Terim isə suallara cavab verdikdən sonra ona forma bağışlayacağını bildirib. “İmperator” sözünün üstündə durub və formanı Elvin Kərimova bağışlayıb.

Qeyd edək ki, “Lokomotiv” – “Qalatasaray” görüşü bu gün Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Səbuhi MUSAYEV
www.oxu.az