Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmasında Türkiyə millisi Bursada İtaliya millisini qəbul edəcək.
Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 22:45-də "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmasında isə Gürcüstan millisi öz meydanında Ukrayna ilə matça çıxacaq.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək Gürcüstan - Ukrayna matçı da "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Millətlər Liqası
28 sentyabr
20:00; Gürcüstan - Ukrayna ("CBC Sport" TV);
22:45; Türkiyə - İtaliya ("CBC Sport" TV).