Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Bununla da 1/8 final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Artıq keçiriləcək 16 matçdan 8-i başa çatıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Varşava) kollektivi C qrupundakı son sınağında “Spartak”ı (Moskva) qəbul edib. Həmyerlimiz oyunun ilk 72 dəqiqəsini meydanda keçirsə də komandasına kömək edə bilməyib. 90+7 dəqiqədə polşalılar penaltidən yararlana bilməyincə qarşılaşmada minimal hesabla qalib gələn Moskva komandası qrup lideri kimi növbəti mərhələyə yüksəlib - 0:1. Varşava klubu isə qrupda sonuncu yerlə kifayətlənərək avrokuboklarda mübarizəni dayandırıb.
Qrupun digər görüşündə “Lester” (İngiltərə) “Napoli”nin (İtaliya) qonağı olub. Qol dueli ilə yadda qalan matçda ev sahibi üstün olmaqla növbəti mərhələyə vəsiqə qazanıb - 3:2.
UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur
C qrupu
“Legiya” (Polşa) – “Spartak” (Moskva, Rusiya) 0:1