Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub
Avropa futbolunun növbəti günündən sonra UEFA əmsallar cədvəli dərc olunub.
Oxu.Az xəbər verir ki, Avropa və Konfrans liqalarında baş tutan matçlar cədvəldə ciddi dəyişikliklərə səbəb olub.
Yunanıstan, Danimarka, Şotlandiya, Bosniya və Herseqovina, Macarıstan, İslandiya və Uels kimi ölkələr cədvəldə irəliləyişə nail olub. İsveçrə, İsrail, İsveç, Slovakiya, Latviya, Farer adaları, Qazaxıstan və Gürcüstan isə geriləyib.
"Qarabağ" "Ayaks"a 0:3 hesabı ilə uduzsa da, ölkəmizin mövqeyi cədvəldə dəyişməz qalıb - 19.125 xalla 28-ci pillədə qərarlaşıb. Cədvəldə bizdən öndə olan Bolqarıstan da eyni xal ehtiyatına sahibdir, bizdən geridə olan Rusiya isə bu il Avrokuboklarda heç bir klubla təmsil olunmayıb.
Aydındır ki, cari mövsümün qazancı da dəyişməyib və 2.375 xal qalıb. Ölkə reytinqi üçün "Zirə" 1.250 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 94.303 xal.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın geriləməsinə səbəb oldu
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın mövqeyinə təsir etdi
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişilməz qalır
Rəylər