UFC Həbib Nurməhəmmədovun növbəti döyüşünün anonsunu verib.
Bu barədə UFC-nin rəsmi “Instagram” səhifəsi rusiyalı məğlubedilməz döyüşçü ilə amerikalı Castin Qeyci arasında baş tutacaq qarşılaşmanın anonsunu yayıb.
Belə ki, döyüş UFC-254 turniri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki “Döyüş adası”nda keçiriləcək. Döyüş gecəsi oktyabrın 24-də baş tutacaq.
View this post on Instagram[ #UFC254 #InAbuDhabi @VisitAbuDhabi ]
Qeyd edək ki, Həbib Nurməhəmmədovun son döyüşü ötən ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı olub. Onun aktivində 28 qələbə var.
Castin Qeyci isə mayda Nurməhəmmədovun BƏƏ-yə pandemiya ilə əlaqədar uça bilməməsi səbəbindən onun yerinə Toni Ferqyusonla qarşılaşıb və qalib gəlib. Ona görə hazırda Qeyci yüngül çəkidə müvəqqəti çempionluq kəmərini özündə saxlayır. Onun aktivində 22 qələbə və iki məğlubiyyət var.
Səbuhi Musayev
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- BƏƏ İran gəmilərinə qadağa qoydu
- "Flydubai" təyyarəsindəki insidentin pərdəarxası: İkinci pilotla bağlı yeni detallar
- "Flydubai" kapitanına hücumun təfərrüatı: İkinci pilot ibadət etmək bəhanəsi ilə yerindən qalxıbmış
- "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
- "Flydubai" təyyarəsindəki dəhşətli anların şahidi: "Pilot deyirdi ki, məni öldürün"
Digər xəbərlər