MDB ölkələri üzrə ən peşəkar drifterlərdən biri, drift üzrə üçqat Ukrayna çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, "Red Bull Car Park Drift 2017"-nin final yarışının hakimlərindən biri Aleksandr Qrinçuk avtoidmanın inkişafından danışıb.
Qrinçuk bildirib ki, driftə maraq onda “Need For Speed“ kompüter oyunu oynayaraq və “Forsaj 3 Tokiyo drift” filminə baxandan sonra yaranıb:
Aleksandr Qrinçuk azərbaycanlı “avtoşlar” haqqında öz təəssüratlarını bölüşüb: “Azərbaycan avtomobil sürücüləri ilə Bakıda tanış olmuşam. Bir peşəkar idmançı kimi bilirəm ki, ön hissəsi yüklənmiş, qabağı qaldırılmış avtomobili sürmək olmur. Belə avtomobildə necə sürətlə getmək olar?! Onlar həyatından həddən çox bezmiş insanlardır, əsl kamikadzelərdir”.

Qeyd edək ki, “Red Bull”un atleti olan Aleksandr Qrinçuk Azərbaycanda da bir sıra böyük tədbirlərdə iştirak edib. Belə ki, Bakıda keçirilən “Red Bull Racing Show Run” və “Volkicar” üzrə çempionatda öz bacarıqlarını nümayiş etdirərək həmyerlilərimiz tərəfindən sevilib.
Elvin Əhmədov
www.oxu.az