“Çaykur Rizespor”un və Ukrayna millisinin müdafiəçisi Nikolay Morozyuk Türkiyədə ilk qolunu vurub. UNİAN xəbər verir ki, Türkiyə Kubokunun 1/16 final qarşılaşmasında “Çaykur Rizespor” və “Samsunspor” üz-üzə gəlib. Rize təmsilçisinin kapitanı olan Morozyuk 18-ci dəqiqədə gözəl zərbə ilə hesabı açıb. Qapıdan təxminən 40 metr məsafədən vurulan cərimə zərbəsi həm qapıçı, həm də oyunçular üçün gözlənilməz olub. Ukraynalı əslində hava ötürməsi etmək niyyətində olub, lakin top hamıdan yan keçərək qapı küncünə yönəlib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin