İranın qərbindəki Kürdüstan əyalətində toy mərasimi zamanı qaz partlayışı baş verib. “Mehr” agentliyi xəbər verir ki, partlayış nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub. Partlayış zamanı həmçinin 34 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin