“Barselona” klubunun və İspanya yığmasının sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını bitirmək qərarına gəlib.
Lenta.ru xəbər verir ki, 39 yaşlı futbolçu 2018/2019 mövsümünün onun üçün axırıncı olacağını elan edib.
Xavi artıq bu mövsüm ərzində “Əl-Sədd” klubunun heyətində çempionluq zirvəsinə qalxıb.
2015-ci ildə “Barselona”dan “Əl-Sədd”ə keçməsindən sonra ispaniyalı yarımüdafiəci Qətər kubunun heyətində 68 oyun keçirib və 19 top vurub.
Xavi “Barselona” klubunun heyətində səkkiz dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar liqasının qalibi olub, İspaniya millisinin heyətində isə dünya və ikiqat Avropa çempionluğuna yiyələnib.