Bu gün "Şahdağ" Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə idmançılar sprint növü üzrə mübarizə aparıblar.
Avropa çempionatının birinci gününün nəticələrinə əsasən:
18 yaşadək qadınlar:
1-ci yer - Nuriya Noquera Balaquer (İspaniya)
2-ci yer - Antonina Rakuş (Polşa)
3-cü yer - Nataliya Bobrovska (Polşa)
18 yaşadək kişilər:
1-ci yer - Fransijek Yopek (Çexiya)
2-ci yer - Matey Petre (Rumıniya)
3-cü yer - Adam Hubaç (Slovakiya)
20 yaşadək qadınlar:
1-ci yer - Helena Öringer (Almaniya)
2-ci yer - Emma Albrext (Avstriya)
3-cü yer - Klara Velepeç (Sloveniya)
20 yaşadək kişilər:
1-ci yer - Aaron Alvares (İspaniya)
2-ci yer - Marek Foltin (Çexiya)
3-cü yer - Morits Bauregger (Almaniya)
Böyüklər üzrə qadınlar:
1-ci yer - Marian Fatton (İsveçrə)
2-ci yer - Culiya Murada (İtaliya)
3-cü yer - Tatyana Paller (Almaniya)
Böyüklər üzrə kişilər:
1-ci yer - Nikita Filippov (Fərdi Neytral İdmançı)
2-ci yer - Tomas Bussard (İsveçrə)
3-cü yer - Martinez Ferrer (İspaniya).
Yarışda 18 ölkədən - Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra, İsveç və Fərdi Neytral İdmançılar (AIN) 124 idmançı iştirak edir.
Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər.
Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.













"Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının Azərbaycanda keçirilməsi bizim üçün çox önəmli idi".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi və Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Azərbaycan konsulluğunun prezidenti Günel Bədəlova deyib.

O bildirib ki, xizək alpinizmi üzrə yarışların Azərbaycanda keçirilməsinə 2024-cü ildən başlanılıb:
"Bu gün Azərbaycan tarixində ilk dəfə Xizək Alpinizmi üzrə Avropa çempionatı keçirilir. Yarışlar dörd gün davam edəcək. Çempionat sprint, Mixed Relay, individual və vertikal yarışlardan ibarətdir. Yarışa 18 ölkənin idmançıları və neytral idmançılar qatılıblar. Ölkəmizi bu yarışda beş idmançı təmsil edir. Həmçinin qeyd edim ki, gələn il Azərbaycan Xizək Alpinizmi üzrə Dünya çempionatına ev sahibliyi edəcək.
Federasiyamızın əsas məqsədi sırf azərbaycanlı idmançıların qış idman növlərinə cəlb olunmasıdır. Buna görə də xizək alpinizmində azərbaycanlı idmançılardan ibarət komanda formalaşdırdıq. Ümid edirik ki, növbəti olimpiya oyunlarında daha çox idmançılarımızla təmsil oluna biləcəyik. Qış idman növləri Azərbaycanda yeni formalaşır və təbii ki, onların inkişafı üçün zaman lazımdır. Mümkündür ki, biz müvəqqəti olaraq legionerlərlə də təmsil olunaq. Amma zaman keçdikcə azərbaycanlı idmançılarla təmsilçilik əsas prioritetlərimizdəndir".
Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.
Daha çox foto burada: PhotoStock.az
Murad Nəsimi