Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı bağlı elan edilib.
Oxu.Az xəbər verir ki, Festivalın Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bağlanış mərasimində açılış nitqi ilə çıxış edib.
O, medal sıralamasında ilk üç sıranı tutmuş Rusiya, Böyük Britaniya və Türkiyə idmançılarını təbrik edib.
Daha sonra Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxış edib. O, Festivalı bağlı elan edib.
Sonra bu yarışda qızıl medal qazanmış altı idmançımız Olimpiya bayrağını zala gətirib. Bundan sonra 2021-ci ildə bu yarışı qəbul edəcək Slovakiyanın dövlət himni səsləndirilib. Həmçinin Festivalı iki il sonra qəbul edəcək Banska Bıstritsa şəhərinin meri Yan Nosko gözəl təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirib.
Bundan sonra bədii hissəyə start verilib.
20.42
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimi start götürüb.
Oxu.Az xəbər verir ki, Kristal Zalda keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib.
Bundan sonra iştirakçı 48 ölkənin bayraqları könüllülər tərəfindən zala gətirilib.
Səbuhi Musayev