Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində Paraqvayla oyundan sonra Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann hakimlikdən narazılığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport1" məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, referi müdafiəçi Conatan Tanın 102-ci dəqiqədə qayda pozuntusu səbəbindən ləğv edilən qolunu qeydə almalı idi.
"Biz fərqləndik, lakin hakim fit çaldı. Bu, əsl qalmaqaldır. Referinin orada nə gördüyünü anlaya bilmirəm. Bu, sadəcə olaraq gülüncdür. Tam bir qalmaqaldır. Orada folla bağlı heç nə yox idi", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, penaltilər seriyasında Almaniyanı məğlub edən Paraqvay yığması 1/8 finala yüksəldib. Növbəti mərhələdə Cənubi Amerika təmsilçisi Fransa - İsveç görüşünün qalibi ilə üz-üzə gələcək.