“Hindistanın Ayın görünməyən cənub hissəsinə göndərdiyi qurğu əldə edilən məlumatların onlayn qaydada hər kəsə görünməsini təmin etdi. Bu çox maraqlı idi”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “74-cü Beynəlxalq Astronavtika Konqresi”nin ikinci günündə keçirilən NASA-nın mətbuat konfransında NASA-nın administrator müavini Pam Melroy deyib.
O bildirib ki, ümumiyyətlə, Hindistanın gördüyü işi iki aspektdən qiymətləndirmək olar:
“Birincisi, bu sahədə ciddi motivasiya oldu, ikincisi isə, kosmik fəzanın sülh məqsədilə öyrənilməsi oldu. Bunu etməklə Hindistan “Artemis” layihəsinin şərtlərinə sadiqliyini və möhtəşəmliyini sübut etdi”.
Könül Cəfərli
Rəylər