Populyar qrafik dizayn xidməti “Canva” Ukraynada baş verən hadisələrə görə Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
Bu barədə Avstraliyaya məxsus şirkətin saytında məlumat verilib.
“Biz Rusiyanın Ukraynada davam edən qeyri-qanuni müharibəsini qətiyyətlə pisləyirik”, - deyə ismarışda bildirilir.