Çinin Anhoy vilayətinin Suçjou şəhərinin sakini telefona həddən artıq maraq göstərdiyindən ölüb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 20-25 yaşlı qız əlində cihazla yerüstü keçiddən düşərkən pilləkəndən yıxılıb və başı yerə dəyib.
Şahidlər təcili tibbi yardım çağırıblar. Qızı təcili olaraq xəstəxanaya aparıblar. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. O, komaya düşüb və səhəri gün vəfat edib.
L.Ə.