Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Süni intellekt terrorçulara bioloji silah yaratmağa kömək edə bilər
Süni intellektə malik çatbotlar istifadəçilərinə bioloji silahlar yaratmağa kömək edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, təhlükəni neyron şəbəkələrdən birini sınaqdan keçirən biokimyaçı Rokko Kasaqrande müşahidə edib.
Alimin sözlərinə görə, istifadə etdiyi bot raketlərdə təhlükəli patogenlərdən istifadə etməyi təklif edib. Kasaqrande artıq Ağ Evə neyron şəbəkələrdən istifadə edən terrorçuların təhlükələri barədə xəbərdarlıq edib.
Massaçusets Texnologiya İnstitutunun bioloqu və dosenti Kevin Esvelt öz növbəsində insanların neyron şəbəkələrdən "ən iyrənc şeylər" yaratmaq üçün istifadə edə biləcəyini söyləyib. Onun sözlərinə görə, söhbət hazırda mövcud olmayan viruslar və toksinlərdən gedir.
"Süni intellekt" teqi üzrə xəbərlər
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
- Ev heyvanları dünyasında inqilab: İtlər süni intellekt sayəsində "danışacaq"
- "ChatGPT" ilə effektiv ünsiyyətin sirləri: Ekspertdən təlimat
- Diaqnostikada yeni era: Süni intellekt qorxulu xəstəlikləri aşkar edəcək
- "Google" güclü maliyyə problemləri ilə üzləşə bilər
Rəylər