“Apple” şirkəti Avropa Komissiyasının onlara 13 milyard avroluq vergi cəzası təyin etməsinə münasibət bildirib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Apple”in icraçı direktoru Tim Kuk yazılı açıqlamasında bildirib ki, bu qərarın bənzəri görülməyib.
“Apple İrandiyada vergi qanunlarının işlənmə mexanizmləri barəsində dövlət orqanlarından mütəmadi olaraq məsləhətlər alıb. Şirkət bütün qanunları izləyir və borclar yarandıqca onları ödəyib.
Avropa Komissiyasının şirkətə vergi borcu tətbiq edməsinin heç bir hüquqi tərəfi yoxdur. İrlandiyada heç bir təşkilatda əməkdaşlığımız olmayıb. Ancaq indi bizdən ödədiyimiz vergilərdən əlavə haqq tələb edən hökumətlə qarşı-qarşıyayıq.
Komissiya İrlandiyada vergi qanunlarını öz fikirlərinə görə dəyişmək istəyir. Bu vəziyyət, həmçinin Aİ-yə üzv ölkələrin öz vergi aktları üzərində suverenliyə də dağıdıcı bir təsir yaradır”.
Kuk, həmçinin qeyd edib ki, həm İrlandiya, həm də “Apple” bu qərara etiraz edəcək və adıçəkilən qərarın geri götürüləcəyinə əminik.
Şirkət İrlandiyada 1980-ci ildən bəri fəaliyyət göstərir və şirkətin bu ölkədə altı min işçisi var. Avropa da isə təxminən 1,5 milyon nəfəri işlə təmin edib.
Qeyd edək ki, dünən maliyyə baxımından tarixinin ən çətin günlərini keçirən “Apple” şirkəti Avropa Komissiyasının qərarı ilə 13 milyard avroluq əlavə vergi cəzasına məruz qalıb.
Ülviyyə R. Əli
www.oxu.az