18 
İyl
2018
16:44
109
45
10121
Virtual karabakh

İtaliyada əsrarəngiz sınaq - FOTO/VİDEO

18 İyl, 2018
16:44
10121

İtaliyada əsrarəngiz sınaq - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Genuya şəhərində su altında ev tikən “Ocean Reef” qrupu suyun altında bitki və meyvə yetişdirilməsinin mümkün olduğunu sübut edib. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ixtiranın dünyadakı ərzaq qıtlığını aradan qaldıracağı iddia edilir. 

“Ocean Reef” qrupu bu səbəbdən 2012-ci ildən araşdırma layihəsinə başlayıb. Qrup Genuyada suyun altında ev tikib. Onlar bu malikanəyə “Nemonun bağçası” adını veriblər. 

Qrup üzvləri bitkiləri şüşə qabın içinə yerləşdiriblər. “Suyun altında buğda və ya hər hansı meyvə ağacını yetişdirmək məntiqli deyil. Bunu araşdırmamızla sübut etdik. Ancaq şəfalı bitkilər olan nanə, pomidor, göyərti, lobya, sarımsaq və digərlərini yetişdirmək olar”, - qrupun satış sektorunun müdürü Luka Qmaberi məlumat verib. 

Qrup üzvləri bitkilərin inkişafını izləmək üçün texnoloji yeniliklərdən istifadə edib. 

Qeyd edək ki, 2050-ci ildə dünyadakı insanların sayının 10 milyardı ötməsi gözlənilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri