Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı şair “Çelsi”yə himn yazıb və Sarriyə təqdim edib - FOTO
Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşündən sonra keçirilən mətbuat konfranslarından birində maraqlı hal baş verib.
Oxu.Az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri fikirlərini bildirərkən konfrans zalına necəsə daxil ola bilmiş (akkreditasiya vəsiqəsi olmamış) Ramiq Muxtar adlı azərbaycanlı şair-dramaturq əlini uzadaraq söz istəyib. Lakin UEFA-nın nümayəndəsi ona sual vermək imkanı yaratmayıb.
Sonra 76 yaşlı veteran ayağa qalxaraq əlindəki faylları Sarriyə təqdim etmək istədiyini bildirib. Ancaq UEFA mühafizəçilərindən biri buna da imkan verməyib. O isə faylların mahnı sözləri olduğunu və “Çelsi”yə təqdim etmək istədiyini bildirib.
Mətbuat konfransı bitdikdən sonra isə London klubunun baş məşqçisi Ramiq Muxtardan mətni alıb və ona təşəkkürünü bildirib. Sarrinin bu addımı alqışlarla qarşılanıb.
Sonradan məlum olub ki, şair “Arsenal” üçün də mahnı sözləri yazıbmış.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar