2015-ci ildə Rusiyada və MDB ölkələrində ümumilikdə 8900 yeni mehmanxana nömrəsinin istifadəyə verilməsi gözlənilir. Azərbaycanda 1200, Belarusda 870, Qazaxıstanda isə 653 yeni mehmanxana nömrələri olacaq.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə beynəlxalq JLL şirkəti bildirib.
Şirkətin icmalına əsasən, 2014-cü ildə Rusiyada və MDB ölkələrində mehmanxana biznesi 10 min nömrədən çox artıb, 8600 nömrə isə Rusiyada istifadəyə verilib.
İkinci yerdə Qazaxıstandır (519 yerlik iki mehmanxana), üçüncü yeri isə Azərbaycan tutub (410 nömrəlik iki mehmanxana). Dördüncü yeri Belarus və Ukrayna tutub, hər ölkədə 267 və 262 nömrəlik bir mehmanxana açılıb.