Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) bu ildə ilk iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, FES-in iclasında uçot dərəcəsinə yenidən baxılacaq.
Qeyd edək ki, ötən il ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.
ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb.
Beləliklə, hazırda “faiz dərəcələri dəhlizi” 0,25–0,5% təşkil edib.Qeyd olunur ki, sonuncu dəfə faiz dərəcəsi 2006-cı ildə qaldırılmışdı.
Xatırladaq ki, analtiklər isə bildirir ki, FES iclasında uçot dərəcəsini dəyişməyəcək.
Ülviyyə R. Əli
www.oxu.az