“ADB-nin elan etdiyi vakansiya üzrə saytda verilmiş məlumatda bəzi yanlışlıqlar var.
Belə ki, sənəd qəbulu üçün məsul şəxs “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev deyil, ADB-nin enerji üzrə mütəxəssisi Meqan Volf (Megan Wolf) müəyyən edilib və əlaqə üçün mwolf@adb.org ünvanı göstərilib".
Oxu.Az-ın məlumatına görə, bu barədə “Report”a SGC-dən bildiriblər.
Qurumun açıqlamasında deyilir ki, vakant vəzifə üzrə namizədlər tərəfindən sənədlərin Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edilməsi nəzərdə tutulmayıb:
“Bununla yanaşı qeyd etmək lazımdır ki, vakant vəzifə üzrə namizədlərin seçilməsində QSC-nin iştirakı nəzərdə tutulmayıb”.
09:56
Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min dollar əmək haqqı alacaq.
Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.
Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.
Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.