Neftçilər prospekti, Hökumət evinin qarşısında (Azadlıq meydanının altında) yerləşən ikimərtəbəli yeraltı avtomobil dayanacağında parkinqin qiymətləri bəlli oldu.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, hazırda aşağıdakı qiymətlər təsdiqlənib:
0-2 saat - 1 manat;
2–5 saat – 2 manat;
5-12 saat – 3 manat;
12-24 saat – 6 manat.
Ümumilikdə yeraltı dayanacaq 2000 avtomobil üçün nəzərdə tutulub.
Parkinqdə hər yerdə burada siqaret çəkmək, ətrafı zibilləmək, avtomobilin səs siqnalından istifadə etmək və “şam ağacı” şəklində maşını saxlamağın qadağan olduğunu bildirən lövhələr quraşdırılıb.