2014-cü ilin 11 ayında Azərbaycana buğda idxalı 1 mln. 69,6 min ton təşkil edib, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 18,9% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ümumilikdə 265 milyon 115 min dollar dəyərində buğda idxal olunub. Azalma isə müvafiq olaraq 26,8% təşkil edib.
Hesabat dövründə Azərbaycana 177 milyon 525,1 min dollar məbləğində 374,1 min ton xam şəkər və qənd, 64 milyon 986,1 min dollar məbləğində 105 min ton bitki yağı, 16 milyon 540,8 min dollar məbləğində 7 min 93,7 min ton çay, 22 milyon 952,3 min dollar məbləğində 9,014 min ton kərə yağı, digər yağlar və süd pastası idxal edilib.
Müvafiq olaraq, xam şəkər və qəndin idxalı 8,2%, bitki yağının isə 8.6%, digər yağların və süd pastasının idaxlında isə 16,1% artım müşahidə olunub. Çayın idxalı isə ötən il 9.9% azalıb.
Xatırladaq ki, ötən ilin 11 ay ərzində ölkəyə 8 milyon 895,9 min dollar məbləğində 12 min 817,4 ton təzə meyvə (idxalda azalma 31,2%), 2 mln. 366,1 min dollar məbləğində 22 min 644,4 ton tərəvəz (artım 26,5%), 7 mln. 842,1 min dollar məbləğində 110 min 599,3 ton kartof (artım 2,4 dəfə) idxal edilib.