“Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib:
“Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir”. Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.
Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.
Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.
U.A.
www.oxu.az