2015-ci ilin fevral ayının 1-nə Azərbaycanda bankların ümumi aktivləri 24 milyard 837,7 milyon manat təşkil edib.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2015-ci il yanvarın 1-nə bankların ümumi aktivləri 25 milyard 182,5 milyon manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar ayında Azərbaycanda bankların aktivləri 1,4% azalıb.
Bankın məlumatına görə, 2015-ci il fevralın 1-nə bankların kredit qoyuluşları 18 milyard 20,3 milyon manata, məcmu kapitalı 4 milyard 269,7 milyon manata bərabər olub.