Azərbaycan meyvə-tərəvəz, kərə yağı idxalını artırıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Belə ki, komitənin məlumatına görə, 2015-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 21 513.42 min dollar dəyərində meyvə-tərəvəz idxal olunub, bu da 2014-cü ilin müvafiq dövrün göstəricisindən 14 197.72 min dollar çoxdur.
2015-ci ilin 3 ayı ərzində kərə yağının idxalında yenə də artım müşahidə olunub.
DGK-nın məlumatına görə, 2015-ci ilin yanvar-mart ayları ərzində 7 662.01 min dollar dəyərində kərə yağı idxal olunmuşdusa, 2014-cü ilin müvafiq dövründə bu göstərici 5 162.07 min dollar dəyərində idi.
Ülviyyə R. Əli
www.oxu.az