Rusiyadan qaz alışı Azərbaycana ölkədə neft hasilatını dəstəkləməyə kömək edə bilər
Oxu.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “IP Week” dəhlizində SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
“Çünki Azərbaycan neft hasilatının artırılması məqsədilə laylara doldurmaq üçün daha iri həcmdə qazdan istifadə edir.
İndi bizə neft hasilatını artırmaq məqsədilə laylara doldurmaq üçün əlavə həcmdə qaz lazımdır.
Bunun üzərində işlər gedir. “Qazprom”a təklifimizi vermişik, cavab gözləyirik. “Qazprom”un verə biləcəyi istənilən həcmdə qaz almağa razıyıq.
Laylara əlavə 3-4 milyard qaz doldurmaq imkanımız var. Qiymətlərlə də əlaqədar problem yoxdur”, - R.Abdullayev deyib.