Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinə kənd təsərrüfatı mallarının effektiv realizəsi üçün müştərək logistik mərkəzlər açmağı təklif edib.
Oxu.Az abc.az-a istinadən bildirib ki, bu haqda məlumatı bu gün iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova verib, belə mərkəzləri məsələn, Rusiya və Ukraynada açmaq olar.
“Belə müştərək mərkəzlər, QİƏT ölkələrinin illik dövriyyəsinin 7-8 milyard dollar olmasını nəzərə alsaq, yetərincə effektiv fəaliyyət göstərə bilər” – deyə Həsənova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının inkişafı zəminində və yeyinti təhlükəsizliyinin fermerlərə subsidiyaların, imtiyaz kreditlərinin, gömrük tətillərinin verilməsi kimi ciddi addımlar atılır.