Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 3 mln. 934 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.
Oxu.Az-ın məlumatına görə, Report Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. 795 min dollar, yaxud 3,5 dəfə çoxdur.
İlin ilk rübündə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib.
Belə ki, xarici ölkələrə 86 mln. 547,83 min kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin ilk üç ayına nisbətən 59 mln. 477,24 min kVt/saat, yaxud 3,2 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,15%-ni təşkil edib.
U.A.
www.oxu.az