Dekabrın 1-nə kimi Azərbaycanda diri çəkidə 421,1 min ton ət, 1705,2 min ton süd, 1425,6 milyon ədəd yumurta və 16,6 min ton yun istehsal olunub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin sayını (9 574,3 min nəfər) nəzərə alsaq, ölkədə adambaşına 7 yumurtanın istehsal olunduğu məlum olur.
Bununla yanaşı, dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2379,4 min ton taxıl, 819,3 min ton kartof, 1181,6 min ton tərəvəz, 40,6 min ton pambıq, 844,6 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,6 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 459,2 ton yaşıl çay yarpağı toplanıb.