Bu il də Azərbaycan vətəndaşları Türkiyə və Gürcüstanda istirahətə üstünlük verirlər.
Oxu.Az Axar TV-yə istinadən xəbər verir ki, bunu açıqlamasında turizm üzrə ekspert Ruslan Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları daha çox xarici turizmə üstünlük versələr də, son 3 ildə intensiv şəkildə bölgələrimizə də səyahət edənlər az deyil. Ekspert Azərbaycanda orta hesabla bir həftəlik istirahətin qiymətinin 1000-1500 manata başa gəldiyini bildirib:
“Qiymət əsasən otellərə görə müəyyənləşir. Şamaxı və Qubada həftəlik xərci 2000-5000 min manatadək olan otellər də fəaliyyət göstərir”.