Yanvar-iyul ayları ərzində könüllü həyat sığortası növləri üzrə ümumilikdə 21 mln. 680 min manat sığorta haqqı yığılıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yığımlarda kəskin artım olduğunu göstərir.
Belə ki, həmin vaxt yığımlar cəmi 8 mln. 483 min manat olub.
Sığorta haqlarının 18 mln. 851 min manatı həyatın yaşam sığortası, 2 mln. 713 min 759 manatı həyatın ölüm halından sığortası üzrə toplanıb.
Sığorta ödənişləri də ötən ilin ilk yeddi ayına nisbətən 58% artaraq 1 mln. 761 min 731 manata çatıb. Ödənişlərin 1 mln. 608 min 769 manatı həyatın yaşam sığortası üzrə həyata keçirilib.
Yanvar-iyul ayları ərzində sığorta şirkətlərinin cəmi yığımları 228 mln. 970 min 704 manat, ödənişləri 68 mln. 878 min 525 manat təşkil edib.
Yığımların 148 mln. 371 min 218 manatı, ödənişlərin isə 48 mln. 457 min 333 manatı könüllü sığorta növlərinin payına düşüb.