2016-cı ilin may ayının 1-nə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyard 685 milyon manat təşkil edib. Bu isə cari ilin mart ayının yekunları ilə müqayisədə 203,9 milyon manat və ya 2,6% azalma deməkdir.
Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Əmanətlərinin həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 0,41% azalıb.
Fiziki şəxlərin manatla əmanətlərinin həcmi isə mayın 1-nə 1 milyard 407,6 milyon manat təşkil edib. Ötən ilin yekunları ilə müqayisədə isə manatla olan əmanətlərin həcmi 3 milyard 14,8 milyon manat və ya 68,17% azalıb.
Xarici valyutada olan əmanətlərin həcmi isə son bir ayda 100 milyon manat və ya 1,5% azalaraq, 6 milyard 277,3 milyon manat təşkil edib. Ötən ilin yekunları ilə müqayisədə isə xarici valyutada olan əmanətlərin həcmi isə 3 milyard 511,3 milyon manat və ya 127% artıb.
Manatla əmanətlərin həcmi 2010-cu il yekununda 1 milyard 409,9 milyon manat təşkil edib.
Milli valyutada olan əmanətlərin ümumi əmanətlərdə xüsusi çəkisi 18,32%, xarici valyutada olan əmanətlərin isə ümumi əmanətlərdə olan xüsusi çəkisi isə 81,68% təşkil edib.
Xatırladaq ki, 2015-ci ilin yanvarın 1-nə milli valyutada olan əmanətlərin həcmi 4 milyard 422,4 milyon manat, xarici valyutada isə 2 milyard 766 milyon manat olub.
Ülviyyə R. Əli
www.oxu.az