Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6,5 faiz artaraq 438,1 manata çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub.
“Yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 707,9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 618,3 manat təşkil edib”, - DSK-nın məlumatında deyilir.
Gülnarə Zeynalova
www.oxu.az