Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda ÜDM-in artımı gözlənilir
Azərbaycanda 2021-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) artım tempinə qayıdacaq.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair rəyində bildirilir.
Sənədə əsasən, əgər dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğu kimi il üzrə ortalama 35 dollar qalarsa, bu zaman 2021-ci ildə ÜDM 3 faiz artacaq. 2020-ci ilin yenilənmiş proqnozuna görə, ÜDM 3,7 faiz aşağı düşəcək.
2021-ci ildə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı, neft sektorunda isə 3,0 faiz artımın proqnozlaşdırıldığı qeyd edilir.
ÜDM-in artım tempinin 2022-ci ildə 4,8 faiz, 2023-cü ildə 3,7 faiz, 2024-cü ildə isə 3,1% olacağı gözlənilir.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- "Rəqəmsal ekologiya" informasiya sistemi yaradıldı
- "ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq