“Azərbaycan Hava Yolları” (AZAL) daim özünün uçuş coğrafiyasını genişləndirir.
Son illərdə alınan yeni təyyarələr uzaqməsafəli uçuşlar həyata keçirməyə imkan verir. Bu baxımdan İspaniyaya uçuşlar da AZAL-ın perspektiv marşrutlar siyahısına daxildir. Lakin bu istiqamətdə uçuşların nə zaman başlanacağı barədə danışmaq hələ tezdir.
Oxu.Az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bu sözləri AZAL prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, İspaniyaya uçuşlar AZAL-ın perspektiv marşrutlar siyahısına daxildir.
Xatırladaq ki, bir müddət əvvəl İspaniyanın EFE xəbər agentliyi 2015-ci ildə Azərbaycan ilə İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılacağı barədə məlumat yaymışdı.