2014-cü ilin dövlət büdcəsindən Sumqayıt, Şirvan şəhərləri, həmçinin İmişli və Abşeron rayonlarına pul ayrılması nəzərdə tutulmayıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə 6 parlament komitəsinin 2014-cü ilin dövlət büdcəsi zərfinin müzakirəsi üzrə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, bu rayonlar və şəhərlər aldıqları gəlirlər hesabına xərclərini 100% örtə bilirlər. Azərbaycanın digər rayonlarına gəldikdə isə, onlar daxili gəlirlər hesabına xərclərinin 48%-ni təmin edə biləcəklər.
“Bu, yaxşı tendensiyadır və gələcəkdə ölkə rayonlarının dövlət büdcəsinin hesabına maliyyələşməsinin azalacağı gözlənilir” – deyə, nazir bildirib.