2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 38 milyard 898 milyon 500 min ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, hesabat dövründə Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsinin tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar.
127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.
Qeyd olunan dövrdə 12 milyard 206 milyon 700 min dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10.3 faiz artıb, real ifadədə isə 14.7 faiz azalıb.