Bu gündən “Aeroflot” aviaşirkətinin Böyük vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş genişmiqyaslı aksiya iştirakçıları üçün aviabiletlərin tərtibatına başlanılıb.
Oxu.Az aviaşirkətin rəsmi saytına istinadən xəbər verir ki, aksiya çərçivəsində BVM-nin Rusiya Federasiyası və MDB ərazisində, eləcə də əvvəllər SSRİ-yə daxil olan Baltikyanı respublikaların ərazisində yaşayan və müvafiq ölkələrin vətəndaşları olan veteran və əlillərinə, faşizmin azyaşlı əsiri olanlara tamamilə pulsuz uçuş hüququ təqdim edilir.
Bayram aksiyasının hər bir iştirakçısı özü ilə bir nəfər müşayiətçi götürə bilər. “Aeroflot” öz üzərinə yalnız ödənişi deyil, həm də tarif və rüsumları da götürür.
“Böyük vətən müharibəsi iştirakçısı” və “Böyük vətən müharibəsi əlili” kateqoriyasına daxil veteranlarına Rusiya Federasiyası məntəqələrindən və MDB/Baltikyanı/Gürcüstandan Avropa məntəqələri ölkələrinə: Bolqarıstan, Macarıstan, Almaniya, Polşa, Rumıniya, Serbiya, Xorvatiya, Avstriya, Çexiya, eləcə də məntəqələr arası ölkələrə: Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Tacikistan, Latviya, Estoniya, Litva, Moldova, Gürcüstan və Rusiya Federasiyası.
Qanuni biletlərin tərtibatı 2015-ci ilin aprel ayının 7-dən may ayının 12-nə (12-si də daxil olmaqla) qədər aparılacaq.