Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Elşad Nəsirov bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazpromdan” qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”, - deyə SOCAR-dan qeyd edilib.
12:11
Azərbaycan “Azərenerji” ASC üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, “Azərenerji” ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın infrastrukturundan istifadə oluna bilər.
“Azərbaycanda “Azərenerji”yə əlavə həcmdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər”, - deyə E.Nəsirov əlavə edib.