Bakı Metropoliteni İdarəsi “Sahil” stansiyasının yenidən qurulması məsələsini nəzərdən keçirir.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, İdarədən “Sahil” metro stansiyasının yenidən qurulması üzrə işlərin “28 May” stansiyasında işlər başa çatdıqdan dərhal sonra başlayacağını qeyd ediblər.
“28 May”-da təmir işlərinin başa çatacağı dəqiq vaxt məlum deyil, amma yəqin ki, podratçılar ilin sonunadək bütün işləri görüb başa çatdıra bilməyəcəklər” – deyə, idarədən vurğulayıblar.