Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan "ABB-Moskva"nın yeni İdarə Heyətinin sədri Emin Əfəndiyev bundan öncə "Kapital Bank"ın 1 saylı filialının direktoru vəzifəsində çalışıb.
Oxu.Az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Kapital Bank"dan məlumat verilib.
Hazırda filiala direktor təyin olunmayıb.
12:30
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.
Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.