“BP yaxın perspektivdə Azərbaycan və Gürcüstanda yanacaqdoldurma məntəqəsi açmaq fikrində deyil”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
BP rəsmisi bunu Azərbaycan bazarının kiçik olması ilə əlaqələndirib:
“Bu, kommersiya məsələsidir. Yəni şirkət hansı bazarda perspektiv görürsə, ora da sərmayə ayırır. Biz düşünürük ki, Azərbaycan bazarında hasilat sahəsində daha böyük təcrübəyə malikik.
Ona görə də bu sahədə perspektivləri daha çox görürük. İndiki qiymətlərin aşağı olduğu şəraitdə biz Azərbaycan bazarını daha rəqabətli və kiçik bazar kimi görürük”.
BP rəsmisi, həmçinin təmsil etdiyi təşkilatın Türkiyə bazarından çıxmaq istəmədiyini deyib.