Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan “Expressbank” ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.
Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da fəaliyyət göstərən “Bravo” supermarketdə “Expressbank”ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir.
Belə ki, 1 noyabr – 30 noyabr tarixlərində “Expressbank”ın istənilən “Mastercard®” və ya “Maestro®” kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini “Bravo” supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.
Amma bu son deyil! “Expressbank”ın plastik kart sahibləri “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, “Bravo” supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər “Maestro” kartlarını 6 AZN, “MasterCard Standart” kartlarını isə 8 AZN-ə əldə edə bilərlər.
Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə “MasterCardGold”, 800 AZN ilkin mədaxillə isə “MasterCardPlatinum” kartlarını pulsuz sifariş etmək mümkündür.
Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Bravo, “Expressbank”!
U.A.
www.oxu.az