Dünya bazarında neftin qiyməti artıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin 1 barelinin qiyməti 1,29% artaraq 48,60 dollara çatıb. WTI neftinin bir barelinin qiyməti isə 1,54% bahalaşaraq 46,20 dollar olub.
Qeyd edək ki, dünən səhər saatlarında, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 47,49 və 45 dollara qədər yüksəlmişdi.
Ülviyyə R. Əli
www.oxu.az