Dünya bazarlarında “Brent” markalı neftin yanvar fyuçersləri bir barelə görə 47,24 dollara düşüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bazar günü 10:24-ə olan vəziyyətə görə, “Brent” neftinin fyuçerslərinin qiyməti 3,59% ucuzlaşıb.
Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,96% ucuzlaşaraq bir barel üçün 46,06 dollar təşkil edib.
A.M.