Dünya bazarında Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayının 24-dən ilk dəfə 55 dollar həddini keçib.
Oxu.Az xəbər verir ki, belə ki, London birjasında Brent markalı neftinin yanvar fyuçerslərinin qiyməti 1,27% bahalaşaraq 55,14 dollar təşkil edib.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,10% bahalaşaraq 52,25 dollara satılıb.
09:00
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin dekabr fyuçerslərinin qiyməti 0,95% artaraq bir barelə görə 54,46 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,20% bahalaşaraq 51,68 dollara satılıb.
U.A.
www.oxu.az