Böyük Britaniyada enerji və maliyyə böhranı səbəbi ilə yaşayış xərclərinin artması yoxsul vətəndaşların sayını üç milyon artıracaq.
Bunu “Resolution Foundation” analitika mərkəzinin hesabatı sübut edir.
“Mütləq yoxsulluq 2021-22-ci illərdə 17 faizdən 2023-24-cü illərdə 22 faizə yüksələcək. Bu, son iki ildə qeydə alınan ən pis dəyişiklik olacaq. Britaniyanın yoxsul vətəndaşların sayını üç milyon nəfərdən çox - indiki 11 milyondan 14 milyon nəfərə qədər artıracağı gözlənilir”, - araşdırmada deyilir.
Qeyd olunur ki, yaxın iki il ərzində ailələrin real gəlirləri 3000 funt sterlinq azalacaq. Enerji qiymətlərinin artması artıq britaniyalıların gəlirlərini 10% azaldıb və Böyük Britaniya cəmiyyətinin üzərinə düşən sosial yük 2008-ci il böhranı dövründəkindən daha güclü ola bilər.
Böyük Britaniya hökuməti zəruri antiböhran tədbirləri olmadan uşaqlar və yeniyetmələr arasında yoxsulluğun artması riski ilə üzləşir.
“Mütləq uşaq yoxsulluğu 2021-22-ci illərdə 23 faizdən 2023-24-cü illərdə 31 faizə yüksələcək. Daha bir milyon uşaq həyat keyfiyyətinin pisləşməsi ilə üzləşə bilər”, – analitika mərkəzi xəbərdarlıq edib.
Mənbə: Gazeta.ru